ABŞ Konqresinin daha bir üzvündən Xocalı bəyanatı

ABŞ Konqresinin daha bir üzvündən Xocalı bəyanatı
  28 Fevral 2018    Oxunub:2240
ABŞ Konqresində Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Konqres üzvü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərin, o cümlədən qadın, uşaq və qocalar daxil olmaqla 613 nəfərin qətlə yetirildiyini vurğulayaraq, bu insanların xatirəsinin anılmasının vacibliyini qeyd edib.
Virciniya Foks, həmçinin Azərbaycanın ABŞ-ın etibarlı dostu və dəyərli tərəfdaşı olduğunu bildirərək, onun beynəlxalq terrorizmə qarşı mübarizədə hər zaman ABŞ-a dəstək olduğunu, eləcə də regional iqtisadi inkişafa töhfə verdiyini və “Yeni İpək yolu”nun bərpasında səylər göstərdiyini vurğulayıb.

Sonda Konqres üzvü Xocalı qurbanlarının xatirəsini yad edərək, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Konqres   Xocalı  





Xəbər lenti