Kral Salmandan gözlənilməz qərar - Generallar istefaya göndərildi

Kral Salmandan gözlənilməz qərar - Generallar istefaya göndərildi
  27 Fevral 2018    Oxunub:1983
Səudiyyə Ərəbistanında Baş Qərargah rəisi daxil olmaqla yüksək rütbəli hərbçilər istefaya göndərilib.

AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, Kral Salman bin Əbdüləziz əs-Səud gecə saatlarında bununla bağlı sərəncamlar imzalayıb.
Kral Salman, həmçinin quru qoşunları və hava hücumundan müdafiə qoşunları komandanlarını da istefaya göndərib.

İstefalar barədə məlumat Saudi Press Agentliyi (SPA) tərəfindən yayılıb, lakin yüksək rütbəli hərbçilərin hansı səbəbdən istefaya göndərilməsi açıqlanmayıb.

İstefalar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə keçirdiyi əməliyyatların üçüncü ilin sonlarında baş verib. Müdafiə naziri, şahzadə Məhəmməd bin Salmanın bu istefaların arxasında olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ərəbistan   İstefa  





Xəbər lenti