Ərdoğan azərbaycanlı deputatlarla görüşəcək

Ərdoğan azərbaycanlı deputatlarla görüşəcək
  25 Fevral 2018    Oxunub:1874
Milli Məclisin bir qrup deputatı Türkiyəyə səfər edəcək.
AzVision.az xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Cavanşir Feyziyev Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.

Toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbirin sonunda hər üç ölkənin qanunverici orqanlarının xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair Protokol imzalanacaq.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşlər nəzərdə tutulub.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Milli-Məclis  





Xəbər lenti