“Leyli və Məcnun”un yubileyi “ASAN xidmət”də qeyd olundu - VİDEO

“Leyli və Məcnun”un yubileyi “ASAN xidmət”də qeyd olundu - VİDEO
  21 Fevral 2018    Oxunub:8786
"ASAN xidmət" dahi bəstəkar Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operasının - “Leyli və Məcnun”un tamaşaya qoyulmasının 110 illik yubileyini özünəməxsus şəkildə qeyd edib.
“ASAN xidmət”dən AzVision.az-a verilən xəbərə görə, xalq artisti, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov, xalq artistimiz Gülyaz Məmmədova “ASAN xidmət”də nikahı qeydə alınan cütlüyü təbrik ediblər.



Belə ki, sənətçilər Məcnun və Leyli obrazında operadan kiçik bir parça canlı ifa edərək cütlüyə xeyir – dua veriblər. Əsrdən - əsrə gələn sevgi adı altında maraqlı görüntülər qeydə alınıb və sosial şəbəkələrdə insanların marağına səbəb olub.



AzVision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti