“Ölkədə infeksiyalar epidemioloji həddi aşmayıb”

“Ölkədə infeksiyalar epidemioloji həddi aşmayıb”
  21 Fevral 2018    Oxunub:1938
“Xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrinin, o cümlədən Azərbaycanda səhiyyənin aktual problemlərindən biri olaraq qalır”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. Onun sözlərinə görə, həmin infeksiyalar epidemioloji həddi aşmayıb.

“Ona görə də bu gün ölkədə ən böyük xəstəxanalarda belə infeksiyalardan ölüm faktı qeydə alınmayıb. Əgər belə hadisə baş versə, Azərbaycan səhiyyəsi bununla mübarizə aparmaq iqtidarındadır. Xəstəxanalarda hər gün dezinfeksiya işləri aparılır. Hər kəs bir faktı dəqiq bilməlidir ki, infeksiyaları tamamilə ləğv etmək mümkün deyil. Önəmli olan budur ki, həmin infeksiyalar bu gün üçün epidemioloji həddi keçməyib. Sadəcə insanlar xəstələnəndə müvafiq tibb müəssisələrinə müraciət edərək həkim müayinəsindən keçəndən sonra düzgün şəkildə müalicə almalıdırlar”.

Aytən Zəhra
AzVision.az



Teqlər: İnfeksiya  





Xəbər lenti