"Ermənistan istənilən vəhşiliyə hazırdır" - Komitə sədri

"Ermənistan istənilən vəhşiliyə hazırdır" - Komitə sədri
  21 Fevral 2018    Oxunub:1483
"XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv erməni siyasətinin nəticəsidir".
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycan xalqı son 200 ildə erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Onun sözlərinə görə, beynəlxalq hüququn normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda istənilən cinayətə və vəhşiliyə hazır olduğunu nümayiş etdirir.

"Xocalı soyqırımının beynəlxalq müstəvidə həqiqi qiymətini tapması üçün yalnız dövlət qurumları deyil, bütün ictimai təşkilatlar, hər bir vətəndaş öz imkanları çərçivəsində fəaliyyət göstərməli, töhfəsini verməlidir. Bu fəaliyyətlə Ermənistanın işğalçılıq siyasətini dünyada ifşa etmək üçün işlərimizi sürətləndirməliyik. Çünki, artıq iyirmi dörd ildir atəşkəs rejimi elan olunmasına baxmayaraq, atəşkəs Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə pozulur. Nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, mülki obyektlərə ziyan vurulur. Bu, vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir",-deyə komitə sədri qeyd edib.

AzVision.az


Teqlər: Hicran-Hüseynova   Xocalı   Soyqırım  





Xəbər lenti