Milli Məclisdə soyqırımla bağlı xüsusi iclas keçiriləcək

Milli Məclisdə soyqırımla bağlı xüsusi iclas keçiriləcək
  20 Fevral 2018    Oxunub:1606
Milli Məclisin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı müəyyənləşib.
AzVision.az-ın məlumatına görə, gələn ay parlamentin 3 iclası keçiriləcək.

İclaslar martın 6, 16 və 30-da olacaq. Martın 30-da keçiriləcək xüsusi iclas 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunacaq.

Qeyd edək ki, martın 16-da Milli Məclisdə hökumətin hesabatı müzakirə olunacaq. 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin təqdim edəcəyi gözlənilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Plenar   İclas  





Xəbər lenti