MSK daha 7 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqlədi
AzVision.az-ın məlumatına görə, qərar komissiyanın bu gün keçirilən iclasında qəbul olunub.
Daha sonra prezidentliyə namizədliyi irəli sürülən şəxslərin səlahiyyətli nümayəndələri qeydə alınıb.
İclasda bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayı təmsilçilik normalarına uyğunlaşdırılıb, həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Qeyd edək ki, MSK bundan öncə prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı, namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.
Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Elvin Abdulqədirov
AzVision.az