Hərbi attaşelər MSN-nin zavodlarında olub

Hərbi attaşelər MSN-nin zavodlarında olub
  15 Fevral 2018    Oxunub:1593
Xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Telemexanika” və “Araz” zavodlarında olublar.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tanışlıq xarakterli tədbirdə 19 ölkədən 29 nümayəndə iştirak edib. Nümayəndələrə nazirliyin müəssisələri ilə bağlı geniş məlumat verilib.

Müəssisələrlə tanışlıq zamanı istehsal olunan müdafiə təyinatlı məmulatlara baxış keçirilib və istehsal prosesi yaxından izlənilib. Sonda hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

AzVision.az


Teqlər: MSN   Hərbi-Attaşe  





Xəbər lenti