3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır
İ.Axundov bildirib ki, Dövlət Komissiyası bu işdə beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edir. İki qurumun əsir və itkin düşmüş şəxslərin siyahısındakı fərqi 75-ə endirilib. Halbuki bu rəqəm 2015-ci ildə 350 nəfərdən yuxarı idi.
İşçi qrupunun rəhbəri qeyd edib ki, bu günə kimi 1550 nəfər itkin düşmüş şəxslərin 4119-nun ailə üzvündən bioloji nümunələr götürülüb: “Hazırda bu istiqamətdə işlər davam etdirilir. Xatırladım ki, Azərbaycanda itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 195 naməlum məzar yeri aşkarlanıb. Onlardan 185-nin GPS koordinatları çıxarılıb”.
AzVision.az
Teqlər: İsmayıl-Axundov Dövlət-Komissiyası İtkin