Azərbaycan oktyabrın 1-dən BMT TŞ-na sədrlik edəcək

Azərbaycan oktyabrın 1-dən BMT TŞ-na sədrlik edəcək
  01 Oktyabr 2013    Oxunub:967
Elman Abdullayev: Azərbaycan BMT və İƏT arasında yüksək səviyyəli görüş təşkil edəcək.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrliyinin prioriteti dünyada ədalətin qorunmasıdır. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.

Azərbaycan oktyabrın 1-dən BMT TŞ-də sədrlik edəcək.

Onun sözlərinə görə, belə nüfuzlu strukturda sədrlik ölkə qarşısında böyük tapşırıqlar və məsuliyyət qoyur: "Azərbaycan BMT TŞ-də sədrliyi vəzifəsində ölkə qarşısına qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirmək üçün hər cür səy göstərəcək".

XİN rəsmisi qeyd edib ki, BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycan yüksək səviyyədə görüş təşkil etmək niyyətindədir: "Hazırda Azərbaycan dünyada tolerantlığın mərkəzlərindən biridir. Sivilizasiyalararası dialoqda vacib rol oynayan Azərbaycan körpü rolunu icra edir və beynəlxalq ictimaiyyət tərəfindən tolreant ölkə kimi tanınıb".

E.Abdullayev deyib ki, Azərbaycanın bu təşəbbüsünə BMT TŞ-də müsbət baxırlar: "Azərbaycanın Afrika, Latın Amerikası və Asiya ölkələrində humanitar fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın dəstəyi bu regionlardakı ölkələrin inkişafı və möhkəmlənməsinə yönəlib".


Teqlər:





Xəbər lenti