Azərbaycan seçkiləri izləmək üçün AŞPA-ya dəvət göndərib

Azərbaycan seçkiləri izləmək üçün AŞPA-ya dəvət göndərib
  14 Fevral 2018    Oxunub:2228
Azərbaycan prezident seçkilərini izləmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərib.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya AŞPA-dan məlumat verilib.

Növbəti mərhələdə AŞPA Bürosu prezident seçkilərini izləmək barədə qərar verməlidir.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

AzVision.az


Teqlər: Azərbaycan   AŞPA   Seçki  





Xəbər lenti