Bayılda sürüşmə təhlükəli həddə çatıb

Bayılda sürüşmə təhlükəli həddə çatıb
  10 Fevral 2018    Oxunub:2038
Bayıl yamacında sürüşmə prosesi yenidən aktivləşib. Hazırda sürüşmə aktiv fazadadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda çatların eni həddindən artıq böyükdür, ərazi deformasiyaya uğrayıb. Proses davam edir, vəziyyət ciddi olaraq qalır.

“Sürüşmə ilə əlaqədar təxminən iki ay öncə müvafiq qurumlara məlumat verilib, köçürülmə işləri aparılıb. Hazırda sürüşmənin aktivləşməsinə səbəb dünəndən başlayan yağıntılardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, bir sıra qurumlar ərazidə monitorinq aparırlar. Araşdırmaların nəticəsi yaxın zamanlarda açıqlanacaq”, - nazirlik rəsmisi deyib.

Qeyd edək ki, Bayıl yamacında baş verən növbəti sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.

AzVision.az


Teqlər: Bayıl   Sürüşmə  





Xəbər lenti