Daha bir partiya İlham Əliyevi dəstəkləyir

Daha bir partiya İlham Əliyevi dəstəkləyir
  30 Sentyabr 2013    Oxunub:1161
Kommunist Partiyası İlham Əliyevə səs verəcək
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) növbədənkənar plenumu keçirilib. Plenumda AKP MK üzvləri ilə yanaşı, partiya fəalları və komsomolçu gənclər də iştirak ediblər.

Tədbirdə 09 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Azərbaycan Kommunist Partiyasının MSK tərəfindən qeydiyyatdan keçmiş prezidentliyə namizədlərdən hansına dəstək olacağı məsələsi müzakirə olunub. AKP MK sədri Rauf Qurbanov qeydiyyatdan keçmiş prezidentliyə namizədlərin hər biri haqqında plenum iştirakçılarına ətraflı məlumat verib. Gündəlik məsələlər ətrafında AKP MK sədrinin müavini F. Rəşidov, AKP Gəncə ŞK-nin birinci katibi Ə.Veysov, AKP Lerik RK-nin katibi Q.Əliyev, AKP Sumqayıt ŞK - nin birinci katibi S. Hüseynov, AKP Gənclər təşkilatının sədr müavini, Bakı şəhəri Xətai rayon bələdiyyəsinin üzvü S.Abdullayeva, AKP MK-nın üzvləri T.Əsədov, Ə.Bağırov, N. Əsgərov, AKP MK Müharibə və Əmək veteranları komissiyasının sədri Q. Vəliyev və digər yoldaşlar çıxış ediblər. Plenum iştirakçıları Azərbaycanda sülhə, əmin-əmanlığa, sabitliyə dəstklərini bildirərək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyinə səs verəcəkləri barədə qərar qəbul ediblər.

Plenumda Azərbaycan kommunistlərinin lideri R.Qurbanov yekun nitq ilə çıxış edib, AKP MK-nın növbədənkənar plenumu işini yekunlaşdırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti