“Qənimət Zahid Heydər Əliyevə yalvarırdı ki, ona ev versin”

“Qənimət Zahid Heydər Əliyevə yalvarırdı ki, ona ev versin”
  02 Fevral 2018    Oxunub:2129
“Bu gün jurnalistləri dövlətdən ev aldığına görə təhqir edən adamların özləri vaxtilə Milli Lider Heydər Əliyevdən ev almaq istəyənlərdir”. Bu sözləri BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Xədicə İsmayıl, Emin Hüseynli, Emin Milli, Qənimət Zahid kimi şəxslərin ev alan jurnalistlərə qarşı yaramaz bir kampaniya apardıqlarını deyən Orduxanlı soruşub ki, necə olur, həmin şəxslərin özləri beynəlxalq təsşkilatlardan, fondlardan yüz minlərlə, milyonlarla dollar ala bilərlər, ancaq Azərbaycan Respublikasının Prezidenti əksəriyyəti kirayə evlərdə yaşayan jurnalistlərə ev verə bilməz?!

Niyaməddin Orduxanlı jurnalisitlərin əksəriyyətinin yaxşı bildiyi faktı – Qənimət Zahidin Heydər Əliyevə müraciət edib, ev istəməsini də xatırladıb: “Onun mətbuat vasitəsilə etdiyi müraciəti çox adam oxumuşdu. Cəsarəti çatırsa, həmin müraciəti yaysın! Bu fakt onu göstərir ki, o adamlar hər zaman öz şəxsi maraqlarına xidmət göstəriblər. Azərbaycan mətbuatının dəyərli jurnlasitlərini ev aldıqlarına görə təhqir etmələri isə heç bir əxlaqa sığmır!”



Teqlər:





Xəbər lenti