Azərbaycanda 3 yeni turizm zonası yaradılır

Azərbaycanda 3 yeni turizm zonası yaradılır
  31 Yanvar 2018    Oxunub:2112
"Hazırda Mədəniyyət və Turizm Nazirliyi 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir.

AzVision.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir:

"Turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək. Bundan sonra onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu otellərin, ümumiyyətlə turizm infranstrukturunun qurulmasına imkan yaratmalıdır".

Nazir vurğulayıb ki, son zamanlar regionlarda 3 ulduzlu otellərin tikintisinə daha çox önəm verilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm   Əbülfəs-Qarayev  





Xəbər lenti