Prezidentin ayırdığı 3 milyon 5 telekanal arasında bölündü

Prezidentin ayırdığı 3 milyon 5 telekanal arasında bölündü
  30 Yanvar 2018    Oxunub:1643
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan AzVision.az-a verilən məlumata görə, iclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3 milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB TV”, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.

İclasda həmçinin “Avto FM” radiosunun ölkə ərazisində geniş miqyaslı yayımının təmin olunması üçün ona yeni tezliklərin ayrılması və “Azerspace-1” peykindən yayımına icazə verilməsi ilə bağlı qərar qəbul edilib.

AzVision.az


Teqlər: MTRŞ  





Xəbər lenti