Mitinq başladı, say beş yüzü ötmədi - FOTOLAR, YENİLƏNİR

Mitinq başladı, say beş yüzü ötmədi - FOTOLAR, YENİLƏNİR
  28 Sentyabr 2013    Oxunub:1268
Bugün “Məhsul” stadionunda Cəmil Həsənlinin təşvikat kampaniyası çərçivəsində seçicilərlə növbəti mitinq-görüşü artıq açıq elan olundu.
AzVision.az xəbər verir ki, "Dəyişikliklər üşün" adlanan mitinq-görüş saat 16:00-dan 18:00-a qədər Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin "Məsul" stadionunda keçirilir.

* * *

Müxalifətin icazəli mitinqində iştrakçılar güclü külək səbəbi ilə Partiyalarının bayraqların əllərində saxlaya bilməyiblər.

AzVision.az müxalifət saytlarına istinadən xəbər verir ki, hazırda mitinq təşkilatçıları patriotik musiqi qoşublar.

Bu dəqiqələrdə stadionda 300-400 nəfər adam yığışıb. Gələnlərin çoxu Müsavat partiyasının funksionerləridi.

Mitinqdə iştark edənlərin fikirncə bu dəfə keçən dəfəkindən də az adam yığışıb.

Stadiona Polis qüvvələri də yerləşdirilib və onlar mitinqin gedişatına heç bir müdaxilə etmir. Sadəcə 18-yaşına çatmamış uşaqlar mitinqə buraxılmır. Eləcədə mitinqə gələnlər xüsusi cihaz vasitəsilə yoxlanılır. Xanımları xanım polislər yoxlayır.

* * *

Mitinqi açıq elan edən müxalifətçi, stadionun girişində insanları yoxlamadan keçirən polis qüvvələrini qınasada və “bizim mübarizəmiz sülh mübarizəsidir” dedikdə, mitinqə yığışan radikal müxalifət iştrakçıları bu sözləri bəyənmədi və səsləri ilə etiraz etdilər. Hazırda musiqi sədaları altında Cəmil Həsənlini tribunaya dəvət ediblər.

Xatırladaq ki, Müxalifət mitinqə 15-20 min adam yığacaqlarına haqda məlumat yaymışdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş və şəhərin mərkəzində İnşaatçılar metrostansiyası yaxınlığında keçən mitinqə heç 500 nəfər yığışmayıb.

Mitinqdən yerli agentliklərin fotoların təqdim edirik.

* * *

Qalereya




Teqlər:  





Xəbər lenti