Azərbaycanda vərəm təhlükəsi: Həkimlər onları qeydiyyata almır

  30 Yanvar 2018    Oxunub : 1104
Azərbaycanda vərəm təhlükəsi: Həkimlər onları qeydiyyata almır
“Vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmür. Deyirlər ki, qeydiyyatda olsam, qonşu, qohumlar biləcək. Biz bu streotipləri qıra bilməmişik. Təəssüflər olsun ki, bəzi həkimlər də rəsmi qeydiyyatı olmayan vərəm xəstələrini müalicə edirlər”.
AzVision.az xəbər verir ki, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, vərəm xəstələrinin qeydiyyatının olmaması ciddi problemdir. Bu problemə daha çox kənd yerlərində rast gəlinir.

"Bəzən həkimlər xəstələri qeydiyyata almadan müalicə edirlər. Həkimlərə qarşı cəza olmalıdır ki, onlar xəstələri rəsmi qeydiyyata almadan müalicə etməsinlər, heç bir tibb müəssisəsi bu addıma əl atmasın. Həkimlərimiz bunun məsuliyyətini başa düşməlidirlər”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Vərəm   Qənirə-Paşayeva