Diva-transformer: Gültəkin Hacıyevanın ağlasığmaz çevrilmələri

Diva-transformer: Gültəkin Hacıyevanın ağlasığmaz çevrilmələri
  29 Yanvar 2018    Oxunub:5984
Vüsalə Hüseynli

“Demokratiya”, “demokratik dəyərlər”, “insan hüquqları” kimi ifadələr kimə necə sərf edirsə, o şəkildə də işlədir. Dünənə kimi İlham Əliyevin komandasında olmaqdan şərəf duyan Gultəkin Hacıyeva mandatını itirəndən sonra heç 1 il keçmədi ki, özünü Əli Kərimlinin yanında tapdı.
Əcəba, nə baş verdi? Dünənə kimi, cənab Prezidentin arxasında dayanmaqdan qürur duyan Gültəkin Hacıyeva çıxışlarında qeyd edirdi ki, “Cənab Prezidentin təbliğata ehtiyaci yoxdur və onun Azərbaycan üçün qazandığı uğurların da qarşısına çıxacaq müxalifət qüvvəsi mövcud deyil”. Bu həqiqətləri etiraf edən xanım Hacıyevanı dediklərinin əksini söyləməyə, özünü Əli Kərimlinin “vəkili” elan etməsinə məcbur edən nə olub?

Heç kimə sirr deyil ki, məmləkətimizdə siyasi xəyanətkarların təxminən 98 faizi Əli Kərimlinin ətrafında cəmləşirlər. O cümlədən, xanım eks-deputatın məhz Əli Kərimlinin yanında yer alması da bizləri təəccübləndirmir. Deputat mandatı gəzdirən zaman İlham Əliyevi təbliğ edib, Əli Kərimlini söyən xanıma yenidən hansısa vəzifə verilərsə, utanmadan bugünkü “silahdaşlarını” söyəcəyi heç kimdə şübhə doğurmur.

Dünənə kimi Azərbaycan parlamentinin kürsüsündən insan hüquqları ilə bağlı problemlərin cəmiyyətin dəyərlər sistemi və psixoloji məqamlarla bağlı olduğunu iddia edən, bu sahədə birdən-birə hansısa sıçrayışa, irəliləyışə nail olmağın mümkünsüzlüyünü vurğulayan “müxalifətçi xanımın” bu gün “hüquq müdafəçisi” libası geyinməsinin səbəbi də məhz siyasi hayasızlığından irəli gəlir.

Hakimiyyət komandasında təmsil olunan zaman söylədiklərini Gültəkin Hacıyeva bu gün unutsa da, cəmiyyətimiz, xalqımız onun 2010-cu ildə “Qafqazinfo”ya müsahibəsini yaddan çıxarmayıb. Unudanlara isə xatırlatmağı özümüzə borc bilirik:

“- Hər zaman dəstəklədiyiniz komanda ilə münasibətlərinizi bundan sonra necə qurmağı düşünürsünüz?
- Buna qədər olduğu kimi. Ən yüksək səviyyədə. Bu komandada təmsil olunanların əksəriyyəti Azərbaycanın ən ləyaqətli övladlarıdır. Bir də, axı nə dəyişib ki? 27 yaşımdan mən bu komandanın fəal üzvlərindən biri olmuşam. Ulu öndərin atalıq qayğısını hər zaman üzərimdə hiss etmişəm. Əziz Prezidentimizin rəhbərliyi altında Azərbaycanın AŞPA-dakı ilk nümayəndə heyətində təmsil olunmaq şərəfinə nail olmuşam. Mənim üçün bu gün də heç nə dəyişməyib və dəyişməyəcək də. Mən əqidə və prinsip adamıyam”.


Bir insan 20 ildə bu qədər sifətdən-sifətə, libasdan-libasa girərmi? Bu “əqidə və prinsip adamı”nın belə sürətlə dediklərini inkar etməsini yalnız siyasi riakarlıq, ikiüzlülük və əqidəsizlik adlandırmaq olar. Faktlar onu söyləməyə əsas verir ki, Gültəkin Hacıyeva gündəmdə qalmaq üçün kimin yanında desəniz, dayanar, kimin üzünə desəniz durar, təki, pul gəlsin.

Çıxışlarında tez-tez Bəxtiyar Vahabzadənin yaradıcığına müraciət edən Hacıyevanın “Harda çörək vardırsa, ora vətəndir mənə” misrasını dəfələrlə təkrarlaması göstərir ki, öz əqidəsini nələrinsə müqabilində hansı istiqamətə olasa dəyişən insandır.

Qədim yunan filosofu Plutarx deyridi ki, “Xəyanətkarlar ilk növbədə özlərini satırlar”. Amma Gültəkin xanım əməlləri göstərir ki, onun üçün bu da problem deyil. Xəyanətkarlar üçün müqəddəs heç nə yoxdur. Dünən parlament tribunasından soydüklərin, bu gün “Məhsul”un tribunasından alqışlaya bilər. Bu cür transformasiyanı hər kəs bacarmaz. Bu baxımdan xanım Hacıyevanı alqışlamaq olar. Onun təcrübəsi tədqiqatçılar üçün siyasi metamorfozların araşdırılması sahəsində çox qiymətli material verir. Roldan-rola girmək, belə qısa müddətdə siyasi leksikonu dəyişmək, utanmadan-çəkinmədən “müxalifətin divası” statusuna iddialı olmaq üçün gərək mayadan xəyanətkar olasan. Gültəkin xanımdakı bu cür trasformasiya istedadı yalnız bununla izah oluna bilər. Gözləyək görək, o, bizi daha hansı çevrilmələrlə təəcübləndirəcək...



Teqlər: #Gültəkin-Hacıyeva  





Xəbər lenti