Azərbaycan və Ermənistan XİN başçıları həmsədrlərlə görüşdü

Azərbaycan və Ermənistan XİN başçıları həmsədrlərlə görüşdü
  28 Sentyabr 2013    Oxunub:915
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), həmçinin xüsusi nümayəndə Anjey Kasprşik dünən Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşüblər. Məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb və həmsədsrlər öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verdiklərini bildiriblər.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri də həmsədrlərlə münaqişənin dinc yolla həllinə nail olunması niyyətində olduqlarını bildirblər.

Görüşdə həmçinin bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlər arasında görüşlərin müzakirəsilə bağlı regiona səfər edəcəklər.


Teqlər:  





Xəbər lenti