Səməd Seyidov AŞPA-da Sarkisyanı susdurdu
“Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Nə üçün Xocalı soyqırımından danışmadınız? O soyqırımda uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla ermənilər tərəfindən təxminən 600 nəfər öldürülüb.
Siz beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. Bu təşkilatda, BMT, Avropa İttifaqı və digər qurumlarda Azərbaycan torpaqlarının işğalı barədə danışılıb. Siz bu təşkilatlardan heç kimi qəbul etməyə hazır deyilsiniz”, - deyə S.Seyidov qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: AŞPA Səməd-Seyidov Sarkisyan