Türkiyə Afrində üçüncü şəhidini verdi

Türkiyə Afrində üçüncü şəhidini verdi
  24 Yanvar 2018    Oxunub:1617
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyatlar zamanı daha bir hərbçi şəhid olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, çavuş Mehmet Muratdağı PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla Afrində şəhid sayı üçə çatıb.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı antiterror əməliyyatlarına başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya   Şəhid  





Xəbər lenti