Yaqlandın Azərbaycanla bağlı mövqeyində dönüş - Artıq həqiqətləri gizlədə bilmir

Yaqlandın Azərbaycanla bağlı mövqeyində dönüş - Artıq həqiqətləri gizlədə bilmir
  24 Yanvar 2018    Oxunub:4435
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxış edən baş katib Torbyorn Yaqland Azərbaycanda aparılan hüquqi islahatları yüksək qiymətləndirib, bu istiqamətdə əhəmiyyətli irəliləyiş olduğunu etiraf edib.
Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, dəfələrlə ölkəmizlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirən Yaqland nəhayət, həqiqətləri dilə gətirə bilib. Daha doğrusu reallığı gizlədə bilməyib...

Yaqland Azərbaycanla bağlı yalnış mövqeyini dəyişib, artıq həqiqətləri dərk etməyə başlayıb?

Hüquq müdafiəçisi, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev AzVision.az-a bildirib ki, artıq AŞPA və digər beynəlxalq təsisatlarda Azərbaycan hökuməti ilə təzyiq dilində danışmağın yalnış olduğunu başa düşüblər.



“Azərbaycan hökuməti öz milli maraqlarını əsas götürərək qərar qəbul edir və bu baxımdan hər zaman xalqın mənafelərini rəhbər tutur. Bu səbəbdən təzyiq metodundan imtina etmək məcburiyyətində qalırdılar. Ölkə başçısı Azərbaycan xalqının iradəsini onun milli maraqlarına uyğun olaraq ifadə edir. Bu səbəbdən Azərbaycan dövlətinə və onun prezidentinə təzyiq etməyin qeyri-mümkün olduğunu gördülər. Bu çox vacib məsələdir. Digər bir səbəb isə bu təsisatların tutduqları mövqeyə görə Azərbaycan cəmiyyətinin təpkiləri ilə üzləşməsidr. Azərbaycan cəmiyyəti bütövlükdə bu məsələdə vahid mövqedən çıxış etdi. Onlar bunun şahidi oldular. Məhz bu səbəbdən geri çəkilməyə məcbur oldular.

Azərbaycan prezidentinin atdığı addımlar hansısa Qərb institutlarının xoşuna gəlməsi üçün yox, xalqımızın maraqlarına, mənafelərinə uyğun gəlməsi əsas götürülür. Azərbaycanda aparılan iqtisadi, siyasi, hüquqi islahatların əsas məqsədi xalqımızın maraqlarını təmin etmək, onun hüquq və azadlıqlarını etibarlı şəkildə qorumaqdır”.

Ə.Nuriyev qeyd edib ki, Azərbaycanda hüququn aliliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb və bu proses hazırda davam edir:



“Azərbaycanda həm iqtisadi, həm siyasi, həm də hüquqi islahatlar prosesi dərinləşməkdədir. Xüsusilə də Yaqlandın qeyd etdiyi kimi, Azərbaycanda cəzanın humanistləşdirilməsi ilə bağlı ölkə başçısının 10 fevral 2017-ci il sərəncamı öz mahiyyəti və məzmununa görə inqilabi xarakterli sərəncamdır. Cəzanın humanistləşdirilməsi istiqamətində çox mühüm və vacib hüquqi islahatların tam yol xəritəsi müəyyən edilib. Təsadüfi deyil ki, həmin sərəncam əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 199-cu maddəsində bütövlükdə üç tərkibdə əhəmiyyətli dəyişikliklər oldu. Cəzanın humanistləşdirilməsi, ayrı-ayrı cinayət əməllərinin dekriminallaşdırılması kimi mühüm addımlar atıldı. Həmçinin Azərbaycanda mühüm institut olan probasiya sistemi yaradıldı. Bütün bunlar insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına yönələn addımlardır”.



Hüquq müdafiəçis bildirib ki, bu məsələdə Azərbaycanın balanslı siyasət həyata keçirməsinin və xarici siyasət vektorlarının düzgün seçilməsinin rolu böyükdür:

“Azərbaycan və Avropa İttifaqı arasında çox dərin münasibətlər inkişaf etməkdədir. Tezliklə strateji əməkdaşlıq sazişin imzalanması baş verəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addım atır. Bütövlükdə aparılan hərtərəfli siyasət Qərbin Azərbaycanı daha yaxşı başa düşməsinə yeni imkanlar yaratdı. Bu imkanlar artıq Qərbin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən daha yaxşı başa düşülür.

AŞPA-nın vəzifəli şəxsləri tərəfindən qərəzli münasibətin ifadə olunması Azərbaycan cəmiyyətində çox cidid narazılıq yaratmışdı. Onlar aydın şəkildə başa düşdülər və belə qərəzli ikili standartlardan imtina üçün müəyyən qədər geri addımlar atmaq məcburiyyətində qaldılar. Əks halda Avropanın Azərbaycan kimi mühüm tərəfdaşı ilə münasibətləri gərginləşdirə bilərdilər. Bu, heç bir halda Avropa dövlətlərinin marağına uyğun deyil”, - Ə.Nuriyev vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Azərbaycan   AŞPA   Əliməmməd-Nuriyev   Yaqland  





Xəbər lenti