Prezident Azərbaycana qarşı hücumların səbəbini açıqladı - VİDEO

Prezident Azərbaycana qarşı hücumların səbəbini açıqladı - VİDEO
  24 Yanvar 2018    Oxunub:18289
"Azərbaycanda bütün azadlıqlar təmin olunur. Bura media azadlığı da aiddir"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.

Ölkə başçısı Azərbaycanda medianın azad olmadığına dair tənqidlərin əsassız olduğunu bildirib. Prezident diqqətə çatdırıb ki, ölkəmizdə media tamamilə azaddır.

"Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz" - Prezident vurğulayıb.

İnsan haqları ilə bağlı Azərbaycan əleyhinə aparılan kampaniyaların reallıqla heç bir əlaqəsinin olmadığı deyən Prezident bunun siyasi zəmindən qaynaqlandığını bildirib: “Bu yanaşmalar Qərbdəki bəzi mərkəzlərin qərəzli münasibətindən doğur. Bəs səbəb nədir? Səbəb çox sadədir: Çünki, Azərbaycan öz milli maraqlarına uyğun, müstəqil siyasət yürüdən ölkədir. Biz ölkəmiz üçün mürəkkəb vəziyyətlər, çətinliklər yarada biləcək macəralara baş qoşmuruq. Bizim daxildə heç bir problemimiz yoxdur, ölkəmizdə iqtisadi-siyasi sabitlik var, üzləşə biləcəyimiz bütün potensial risklər yalnız xaricdən gələ bilər. Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara qoşmağa cəhdlər olub, amma biz heç kimin əleyhinə oyunlara qoşulmuruq və maraqlarımza zidd olan, riskli kampaniyalarda iştirak etmirik. Ona görə də, bizə qarşı hücumların əsas səbəblərindən biri bu ola bilər ki, bəziləri Azərbaycan kimi o qədər də böyük olmayan bir ölkənin həddindən artıq müstəqil siyasət yürütdüyünü hesab edirlər. Və bəzi QHT-lər tərtib etdikləri reytinqlərlə bizim reputasiyamıza xələl gətirmək məqsədi güdür, Azərbaycanı qeyri-demokrtik ölkə kimi təqdim etməyə çalışırlar ki, bu da yalandır”.



Tariyel Həsənov
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Davos   Forum  





Xəbər lenti