Milli Məclisdə iki komissiya yenidən təşkil ediləcək

Milli Məclisdə iki komissiya yenidən təşkil ediləcək
  23 Yanvar 2018    Oxunub:1580
Milli Məclisin (MM) fevralın 1-də keçiriləcək iclasında İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi barədə məsələlər müzakirəyə çıxarılacaq.
AzVision.az-ın məlumatına görə, komissiyanın tərkibində dəyişiklik edilməyəcək.

İntizam komissiyasının tərkibinə Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.

Hesablayıcı komissiyanın tərkibində isə Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin yer alıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Komissiya  





Xəbər lenti