İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi - Yenilənib

İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi - Yenilənib
  23 Yanvar 2018    Oxunub:2642
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

AzVision.az xəbər verir ki, Məhəmməd Barkindo görüşdə deyib: “Biz Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndiririk”.
Prezident İlham Əliyev, öz növbəsində, Məhəmməd Barkindonun OPEC-in baş katibi kimi fəaliyyətinin biznes ictimaiyyəti və ölkələrin gözləntilərinin reallaşmasında mühüm rol oynadığını vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın bundan sonra da OPEC ilə uğurlu əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edərək Məhəmməd Barkindonu ölkəmizə səfərə dəvət edib. OPEC-in baş katibi dəvəti minnətdarlıqla qəbul edib.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Davos   OPEC  





Xəbər lenti