Əbülfəs Qarayev Paula Silva ilə görüşüb

Əbülfəs Qarayev Paula Silva ilə görüşüb
  20 Yanvar 2018    Oxunub:1736
Portuqaliyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ölkənin Mədəni İrs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Söhbət zamanı muzeydə əmanətlərin qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıb.

Nazir Əbülfəs Qarayev ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat verib, gələcəkdə Azərbaycan və Portuqaliya arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif edib. Görüşdən sonra nazir Əbülfəs Qarayev Lissabonun Milli Azulejo Muzeyi ilə tanış olub və Azərbaycan muzeylərinin bu muzeylə birgə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Sonda nazir Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

AzVision.az


Teqlər: Əbülfəs-Qarayev  





Xəbər lenti