TQDK jurnalistləri pulla mükafatlandırdı

TQDK jurnalistləri pulla mükafatlandırdı
  27 Sentyabr 2013    Oxunub:945
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının jurnalistlər arasında keçirdiyi müsabiqənin qalibləri elan olunub.
AzVision.az xəbər verir ki, qalibləri TQDK sədri Məleykə Abbaszadə mükafatlandırıb.

Müsabiqə iştirakçıları “ən yaxşı məqalə” və “ən yaxşı televiziya reportajı” nominasiyaları üzrə mükafatlandırılıb.

Ən yaxşı məqalə nominasiyası üzrə azərtac informasiya agetnliyinin əməkdaşı İbrahim Məmmədov layiq görülüb. İkinci yerin qalibi APA informasiya agentliyinin əməkdaşı Könül Cəfərova, üçüncü yerin qalibi isə “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva olub.

Televiziya reportajları arasında isə birinci yerə Azad Azərbaycan telekanalının əməkdaşı Kərəm Ələsgərovun hazırladığı reportaj layiq görülüb. İkinci yeri Azərbaycan Televiziyasının əməkdaşı Ramin Qurbanov, üçüncü yeri isə İctimai Televiziyanın əməkdaşı Ülviyyə Əvəzova tutub.

Qeyd edək ki, müsabiqədə I yerin qalibinə 1000 manat, ikinci yer 800 manat, üçüncü yer isə 600 manat pul mükafatı verilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti