Hərbçilərimiz Gürcüstanda keçirilən təlimlərdə iştirak edir

Hərbçilərimiz Gürcüstanda keçirilən təlimlərdə iştirak edir
  17 Yanvar 2018    Oxunub:1900
Gürcüstanın Saçxeri və İmeretidə hərbi məktəblərində “Dağlıq ərazilərdə hərbçilərin qış hazırlığı” kursu başlayıb.

Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərdə Azərbaycan, Gürcüstan, Latviya, Polşa və Ermənistandan olan hərbçilər iştirak edirlər.
Kurslarda hərbçilər dağlıq ərazilərdə qarlı havada manevr etmək, axtarış-xilasetmə tədbirlərinin təşkili, qar uçqunları altında qalmış insanlara ilkin tibbi yardımın göstərilməsi, onların təxliyəsi və sair barədə bilik və bacarıqlarını artıracaqlar.

Kursu müvəffəqiyyətlə başa vuran hərbçilərə sertifikatlar və döş nişanları təqdim olunacaq. Hərbi təlimlər fevralın 2-də başa çatacaq. (AzərTAc)

AzVision.az


Teqlər: Gürcüstan   Hərbi-Təlim  





Xəbər lenti