Təlxəklərdən etiraz: “Bizi Berluskoniyə tay etməyin”

  04 Mart 2013    Oxunub : 588
Təlxəklərdən etiraz: “Bizi Berluskoniyə tay etməyin”
Bir müddət öncə Almaniya Sosial Demokrat Partiyası sədrliyinə ən şanslı namizəd Piyer Staynbrukun sabiq baş nazir Silvio Berluskoni və gözlənilmədən uğur qazanan "5 ulduz" partiyasının lideri, aktyor Beppe Grillonu "kloun" adlandırması əsl klounların qəzəbinə tuş gəlib.
İtaliyada parlament seçkilərinin ardından gündəmə gələn “kloun” qalmaqalı getdikcə böyüyür.
Almaniyanın ən məşhur “Circus Roncalli” sirkinin müdiri Bernhard Paul, Staynburkun “İtaliya seçkilərini iki klounun qazanması xəbərindən dəhşətə gəldim” sözlərinə olduqca sərt münasibət bildirib. “Sirk klounları Berluskoni ilə eyni səviyyəyə qoyulacaq dərəcədə axmaq deyillər”, - deyə sirk müdiri bildirib.
Paulun sözlərinə görə, kloun olmaq şərəfli, çətin və həssas bir işdir.

Teqlər: