Strasburq radiosunda Azərbaycandan danışıldı

Strasburq radiosunda Azərbaycandan danışıldı
  27 Sentyabr 2013    Oxunub:860
Fransanın Strasburq şəhərində fəaliyyət göstərən “ Azərbaycan evi”nin təşəbbüsü ilə hər ayın sonuncu bazar günü efirdə Azərbaycanla bağlı radio verilişlər səsləndirilir. Bu silsilədən olan növbəti veriliş efirə getdi.
AzVision.az xəbər verir ki, verilişin əvvəlində Azərbaycanda oktyabrın 9-na təyin olunmuş prezident seçkilərindən söhbət açılıb, son illər Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi, ölkəmizin Cənubi Qafqaz regionunda aparıcı dövlətə çevrildiyi, beynəlxalq aləmdə imicinin artdığı diqqətə çatdırılıb.

Radio verilişində, həmçinin ölkəmizdə yeni biometrik pasportların tətbiqinə başlandığı, türkdilli dövlətlərin prezidentlərinin Qəbələdə keçirilən sammiti, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, onun Prezident İlham Əliyev ilə görüşü barədə xəbərlər də yer alıb. Dinləyicilərə habelə Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək məqsədilə Avropa Şurası Parlament Assambleyasının xüsusi müşahidə missiyasının göndərildiyi, missiya rəhbərinin Prezident İlham Əliyev tərəfindən qəbul olunduğu, Şahdəniz yatağından hasil ediləcək qazın Avropaya nəqli ilə bağlı saziş imzalandığı barədə informasiyalar da çatdırılıb.
Strasburqda Azərbaycanla bağlı fransız dilində yayımlanan növbəti radio verilişi efirə oktyabrın sonlarında çıxacaqdır.


Teqlər:





Xəbər lenti