İntihar edən 23 yaşlı tələbə universitetdən qovulubmuş

İntihar edən 23 yaşlı tələbə universitetdən qovulubmuş
  09 Yanvar 2018    Oxunub:12789
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) özünü dənizə ataraq intihar etmiş 23 yaşlı Məlik Nizaməddin oğlu Cahangirovla bağlı məlumat yayıb.
Universitetin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014-cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib:

“2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub. 2 fənnən akademik borcu olduğuna və son semestrdə dərslərə gəlmədiyinə görə 22 dekabr 2017-ci il tarixli 2/227 saylı əmrlə ADPU tələbələri sırasından xaric edilib. Qeyd etməyi məqsədəuyğun sayırıq ki, Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu yana ADPU ilə heç bir əlaqəsi olmayıb. Biz bu faciəli hadisədən dərin kədər hissi keçirdiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına Allahdan səbir diləyirik! Allah rəhmət etsin!”.

AzVision.az



Teqlər: ADPU   İntihar  





Xəbər lenti