Orduya çağırılanların nəzərinə

Orduya çağırılanların nəzərinə
  26 Sentyabr 2013    Oxunub:980
Orduya çağırılanlar hansı hərbi hissəyə düşdüklərini internetdən biləcəklər
Azərbaycanda oktyabr ayında orduya çağırılan şəxslər sentyabrın 30-dan öz Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin saytından düşdükləri qoşun növü və hərbi hissə barədə məlumatları əldə edə biləcəklər.

Bu barədə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Məlumat sistemi aktivləşdikdən sonra çağırışçılar www.seferberlik.gov.az saytındakı Hərbi Xidmət bölməsinə daxil olaraq, özləri barədə informasiyaları daxil etməklə düşdükləri hərbi hissəni öyrənə bilər.

İlk dəfə cari ilin iyul ayında istifadəyə verilmiş sistemdə həmin çağırış vaxtı yüklənmələrin çox olması səbəbindən müəyyən problemlər yaranmışdı. Dövlət Xidməti oktyabr çağırışı ərzində yüklənmələr nəticəsində meydana çıxa biləcək problemlərin qarşısının alınması istiqamətində işlər aparır. (apa)


Teqlər:  





Xəbər lenti