Xalq artisti: `Seçkilərdən üzüağ çıxacağımıza inanıram`

Xalq artisti: `Seçkilərdən üzüağ  çıxacağımıza inanıram`
  26 Sentyabr 2013    Oxunub:981
Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəylinin YAP.org-a müsahibəsindən bir hissəni təqdim edirik.
- Fərhad müəllim, sizcə Azərbaycan xalqı niyə prezident seçkilərində İlham Əliyevi dəstəkləməlidir?

-Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Ulu öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulub, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atılıb. Daxili siyasətin davamı kimi, xarici siyasətdə də mühüm nailiyyətlər əldə olunub. Ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanıb. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi, iqtisadi və mədəni proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı-faydalı əməkdaşlıq həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur. Bu gün Azərbaycanda güclü inkişaf müşahidə olunmaqdadır. Bunu təkcə mən yox, ildə bir neçə dəfə Azərbaycana qonaq gələn qonaqlarımız da qeyd edirlər. Bütün bunlar isə yalnız və yalnız stabil ölkələrdə baş verə bilər. Hal-hazırda Azərbaycan dünyanın ən sakit və əmin-amanlığın bərqərar olduğu bir məmləkətdir. İnsanlar öz ailələri ilə rahat şəkildə küçədə gəzir, alış-verişlərini edirlər. İldə minlərə turist Azərbaycana gəlir və onlar Azərbaycan haqqında geniş bilgilərə sahib olurlar. Həmçinin, ölkəyə xarici investisiya qoyulur. Ölkənin gəlirləri artmaqdadır. Ən əsası da Azərbaycan son illər dünyanın önəmli mədəni-sosial, iqtisadi-siyasi tədbirlərinə ev sahibliyi edir. Bunlar hamısı Azərbaycanın indiki iqtidarı və cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır, ayrı-ayrı təşkilatlar, eləcə də, dövlətlərlə əməkdaşlığı daha da güclənir. Müxtəlif beynəlxalq forumlarda, tədbirlərdə Azərbaycan daha geniş şəkildə təqdim olunmaqdadır. Bu faktorlar qarşıdan gələn prezident seçkilərində iqtidar partiyasının namizədinin şansını artırır və Ona əlavə dividendlər gətirir. Onu da deyim ki, bundan əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn seçkilərdə də Azərbaycan xalqının üzüağ çıxacağına inanıram.

AzVision.az


Teqlər:  





Xəbər lenti