Bakıda yeni avtomobil tuneli tikilir - (FOTOLAR+VİDEO)
Tinelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır: Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və Hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” metrostansiyasının qarşısından keçərək düşərək hərəkət edirlər.
Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Məhz o sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.
Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər "Koroğlu" metrostansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edə biləcəklər.
Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.
AzVision.az