Dəmir yolu ilə 16 mindən çox sərnişin daşınıb
Bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 73 vaqon qoşulub.
Qeyd edək ki, bayram günlərində (yeddi gün ərzində) yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında cəmi 16404 nəfər sərnişin daşınıb. Bu da adi iş günlərində daşınan normadan iki dəfə çoxdur.
AzVision.az
Teqlər: ADY