İmişlidə sərxoş sürücü avtomobillə 7 gənci vurub
S. Mehdiyev idarəetməni itirərək avtomobili yolun kənarı ilə hərəkət edən 7 gəncin üstünə sürüb. Nəticədə İmişli sakini, 2000-ci il təvəllüdlü Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər –İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, 1997-ci il Cavadov Ruslan Etiram oğlu, 2001-ci il təvəllüdlü Ruslanzadə Səbuhi Namiq oğlu, qardaşlar - 1990-cı il təvəllüdlü Həsənli Sahil Səfər oğlu, 1993-cü il təvəllüdlü Həsənli Şəhriyar Səfər oğlu, 1996-cı il təvəllüdlü Həsənli Şahin Səfər oğlu İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.
Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
AzVision.az