"Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərir" - Prezident
Prezident İlham Əliyev deyib ki, Azərbaycan 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirak edib və İslam həmrəyliyinin inkişafına, güclənməsinə öz dəyərli töhfəsini vermişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur və bu il ərzində həm ölkə daxilində, həm xaricdə bir çox önəmli tədbirlər keçirilmişdir. Eyni zamanda, Avropa İttifaqı ilə əlaqələrimiz yeni pilləyə qalxıb, yeni saziş üzərində danışıqlar başlamışdır. 2016-cı ildə Azərbaycanda “Multikulturalizm İli” elan olunmuşdur. Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında öz dəyərli rolunu oynayır və hesab edirəm ki, dünya miqyasında bu sahədə mərkəzlərdən birinə çevrilmişdir.
Dövlətimizin başçısı vurğulayıb ki, xarici tərəfdaşlarla əlaqələrimiz Azərbaycanın dünya miqyasında çox müsbət imicinin və reputasiyasının olduğunu bir daha göstərir.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident