AzVision.az xəbər verir ki, dəyişikliklərə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələri dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri isə “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilir.
Bu, Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı məhdudiyyətin (dörd taqımı) aradan qaldırılması anlamına gəlir. Bu qərar 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev
AzVision.az