Evlənmək istəyən 103 nəfərdə QİÇS aşkarlanıb
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bunu Nazirliyin geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Müayinə olunanların arasında talassemiyalı 38 cütlük aşkar olunub. Bu cütlüklərdən hamilə qalmış 24 qadının hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilmiş 10 halda qadınlara hamiləliyin pozulması məsləhət görülüb və həyata keçirilib. Bu da o deməkdir ki, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır”.
G. Poladov qeyd edib ki, hazırda respublikada 1583 hemofiliyalı xəstə qeydiyyatdadır: “Bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub. Habelə son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2017-cı ildə bu rəqəm 37 tondan çox olub. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Səhiyyə-Nazirliyi