Birinci xanım Buzovnada

Birinci xanım Buzovnada
  26 Sentyabr 2013    Oxunub:1374
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Buzovna qəsəbəsində körpələr evi-uşaq bağçalarının binalarının açılışında iştirak edib.

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçasının binasının yenidənqurmadan sonra açılışında iştirak etdilər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu bağça 1976-cı ildən fəaliyyət göstərmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmayıb. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ildə başlanıb.

Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəndə uşaqlar üçün yüksək şərait yaradılıb.

Mehriban xanım Əliyeva Buzovnadakı bağçaların sayı və oradakı vəziyyətlə də maraqlandı.

Məlumat verildi ki, qəsəbədəki altı bağçadan dördü artıq əsaslı təmir olunub və yenidən qurulub. 289 nömrəli məktəbəqədər təhsil müəssisəsində yaradılmış şərait də uşaqlara ən yüksək səviyyədə təlim-tərbiyə keçməyə geniş imkan verir. Bağçanın ətrafı da abadlaşdırılıb.

Elə həmin gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında da iştirak etdi.

Mehriban xanım Əliyevanın diqqətinə çatdırıldı ki, bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcəkdir. Burada ümumilikdə 220 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. On bir qrup üzrə fəaliyyət göstərəcək bağçada uşaqların hərtərəfli və sağlam böyümələri üçün lazımi şərait yaradılıb. Bu uşaq müəssisəsi balacaların zövqünə uyğun olaraq təchiz edilib.


Teqlər:  





Xəbər lenti