Müdafiə naziri cəbhədə döyüş hazırlığını yoxlayıb - FOTOLAR
Sonra hərbi hissələrdən birinin yeni inşa edilən dayaq məntəqəsinin, digər hərbi hissədə isə hərbi texnika üçün nəzərdə tutulmuş avtoparkın açılışını edən nazir, hərbi texnikanın döyüşə hazırlıq səviyyəsini yoxlayıb.
Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.
AzVision.az
Teqlər: Zakir-Həsənov Müdafiə-Nazirliyi Cəbhə