Qarabağ münaqişəsinə dair hesabat təqdim olunub
Dağlıq Qarabağ uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutunun yad edilməsindən sonra çıxış edən politoloq Elxan Şahinoğlu yeni yaranmış Tətbiqi Politologiya Mərkəzi haqqında məlumat verib: "Universitet nəzdində yaradılan mərkəz 3 aya yaxındır ki, fəaliyyət göstərir. Mərkəzin iki laboratoriyası var. Onlardan biri Qarabağ, digəri isə multikulturalizm laboratoriyasıdır. Çalışmamız müxtəlif istiqamətlərdədir. Daha çox Qarabağ münaqişəsinin həllinin monitorinqini aparıb, danışıqları izləyirik. Tələbələrimiz də bu istiqamətdə çox fəallaşıblar və artıq mediada da yazıları dərc olunur. İnanıram ki, bu tələbələr qarşıdakı illərdə politoloq kimi yetişəcəklər”.
Daha sonra politoloq E.Şahinoğlu hazırlanan hesabatı təqdim edib.
Tədbirdə mərkəzin gənc politoloqları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda politoloq E.Şahinoğlu jurnalistlərin suallarını cavablandırıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Dağlıq-Qarabağ