“ASAN Radio” 2 yaşını belə qeyd etdi - FOTOLAR

“ASAN Radio” 2 yaşını belə qeyd etdi - FOTOLAR
  26 Dekabr 2017    Oxunub:1663
“Nargis Fund”un təşkilatçılığı ilə keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının səhnəsində “ASAN Radio”nun 2 yaşı münasibətilə “2 il Sizinlə” adlı möhtəşəm konsert proqramı baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a bildiriblər ki, konsertdən əvvəl şəhər sakinlərinə və qonaqlara “ASAN xidmət” və “ASAN Radio”nun fəaliyyəti barədə məlumatlar çatdırılıb, Video-audio təqdimatlar nümayiş olunub.

Fəvvarələr meydanında böyük coşqu yaşanıb. Konsertdə East or West, Sevda Yəhyayeva, Təranə Mahmudova, Samira, Samirə Əfəndi, Əhməd Mustafayev, Elçin Cəfərov, Nura Suri, Murad Arif, Şölə Səfərəliyeva, Nərmin Kərimbəyova, Tünzalə Ağayeva, Tofiq Hacıyev və XXL qrupunun ifaları səsləndirilib. “ASAN Radio”nun dj-ləri Dj Bazaur və Dj Spider musiqi parçaları ilə Fəvvarələr meydanına toplaşanları əyləndiriblər.

Konsertdə iştirak edən minlərlə insan rəqs edərək əylənib.

Tədbirdə həmçinin müsabiqələr keçirilib. Qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan “ASAN Radio” 2015-ci il dekabrın 24-dən yayıma başlayıb. “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.









Teqlər: ASAN-radio  





Xəbər lenti