Zakir Həsənov cəbhədə tankçılarla görüşüb - FOTOLAR
General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib müvafiq tapşırıqlar verib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran Müdafiə naziri, qarşıdan gələn bayramlar münasibətilə dövlət başçısı adından şəxsi heyəti təbrik edərək xidmətdə fərqlənənlərə mükafatlar və qiymətli hədiyyələr təqdim edib.
AzVision.az
Teqlər: Zakir-Həsənov Cəbhə