Prezident 2018-ci ilin dövlət büdcəsini təsdiqlədi
2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat məbləğində təsdiqlənib.
Qanuna əsasən, dövlət büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Ümumi dövlət xidmətləri 3.622.839.062,0, müdafiə 2.738.721.836,0, təhsil 2.001.978.015,0, səhiyyə 739.334.330,0, sosial müdafiə və sosial təminat 2.197.182.103,0, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 306.126.560,0, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 656.259.888,0, sənaye, tikinti və faydalı qazıntılar 4.844.376.000,0, nəqliyyat və rabitə 166.790.678,0 manat və sair.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Büdcə