Yeni agentliyin sədri kimdir? - Dosye
AzVision.az xəbər verir ki, Təhməzli Qoşqar İlahi oğlu 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur, Tibb elmləri üzrə fəlsəfə doktorudur.
“Medeks” şirkətinin rəhbəri işləyən Q. Təhməzli Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, “Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur.
AzVision.az
Teqlər: Qoşqar-Təhməzli Qida-Təhlükəsizliyi-Agentliyi
Rəhim 10:42 12 Yanvar 2018
Salam .Yazıb sizdən xahiş edirəm Xətai rayonu Nzs qəsəbəsində fəaliyyətdə olan dönərxanalara ciddi nəzarət edəsiniz .Əhaliyə heç bir standartlarla əlaqəsi olmayan qidalar təklif olunur .Öz dillərində desək ev ayranı natəmiz zibilliklərdən yığılmış qablarda hazırlanıb təklif olunur ..