QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən
AzVision.az-a bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə sayda vaqonların qoşulması təmin edilir.
Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
AzVision.az