Konsuldan Qarsdakı qəza ilə bağlı açıqlama: “Sürücüdən başqa hamısı azərbaycanlıdır”
25 Dekabr 2017
Oxunub:4344
"İstanbuldan Iğdıra gələn avtobus bu gün səhər saat 06:00 radələrində qəzaya düşüb. Təqribən 30-a yaxın yaralı var. Onlardan biri – sürücü Türkiyə vətəndaşıdır. Qalan şəxslərin hamısı Azərbaycan vətəndaşlarıdır"
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.
Baş konsul vurğulayıb ki, hazırda yaralı şəxslərin kimliyi dəqiqləşdirilir: "Qəza nəticəsində ölüm və ya ağır yaralanma faktı qeydə alınmayıb. Yaralıların bir qismi Sarıkamış, digərləri isə Qarsdakı xəstəxanalara yerləşdirilib. Hazırda Konsulluğun əməkdaşları xəstəxanalara cəlb olunub və yaralıların vəziyyəti ilə maraqlanırlar".